Əbdürrəhim Albayraqdan Sinan Gümüşə şok sürpriz!

Əbdürrəhim Albayraq Sinan Gümüşü belində aparıb. Teleqraf.com xəbər verir ki, futbol üzrə Türkiyə Super Liqasında “Alanyaspor”un qonağı olan “Qalatasaray” çətinliklə olsa da, vacib qələbə qazanıb. Oyun başlar-başlamaz 2 top fərqiylə irəli keçən sarı-qırmızılılar bu hesabı qoruyub saxlaya bilməyiblər. Belə ki, alanyasporlu futbolçular hesabı bərabərləşdirməyi bacarıb. Oyunun son dəqiqələrində isə Sinan Gümüş “Qalatasaray”a qələbə qazandıran qolu vurub. 3-2 hesabl ilə qalib gələn “Qalatasaray” turnir cədvəlindəki yerini də qoruyub.

Oyundan sonra qələbə sevincini yaşayan cimbomlular maraqlı görüntülərlə yadda qalıb. Belə ki, klub prezidentinin vəkili Əbdürrəhim Albayrak Sinan Gümüşü çiynində aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə