V Vüqar Həşimov Memorialının III turunda bütün görüşlər heç-heçə başa çatıb

Şəmkirdə V Vüqar Həşimov Memorialında üçüncü turun görüşləri keçirilib. Teymur Rəcəbov hollandiyalı Aniş Giri ilə, Çin şahmatçısı Dinq Liren bolqarıstanlı Veselin Topalovla, Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə, David Navara (Çexiya) polşalı Radoslav Voytaşeklə, Rauf Məmmədov isə Norveç idmançısı, dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Bütün görüşlər heç-heçə yekunlaşıb və şahmatçılar hərəyə yarım xalla kifayətləniblər.

Qeyd edək ki, üç turdan sonra bütün şahmatçıların hesabında 1,5 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə