“Sumqayıt” məşqlərini bərpa edib

“Keşlə” ilə oyundan sonra bir günlük istirahət edən “Sumqayıt” məşqlərini bərpa edib. SİA-nın məlumatına görə, Samir Abasovun komandası doğma arenada məşqə çıxıb. Zədəsini bərpa edən kapitan Vurğun Hüseynov fərdi hazırlıqla kifayətlənib. Bir saat davam edən məşq prosesində müxtəlif toplu çalışmalar edilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması aprelin 22-də keçiriləcək və saat 19:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə