“Espanyol” baş məşqçisi ilə yollarını ayırıb

İspaniyanın “Espanyol” klubu baş məşqçisi Kike Sançes Floreslə yollarını ayırıb. SİA-nın məlumatına görə, bu barədə kluubun saytı xəbər yayıb. La Liqa təmsilçisi həmçinin, Xordi Lardini də istefaya göndərib.

Komandanın uğursuz çıxışları klub rəhbərliyinin bu addımı atmasına səbəb olub. “Espanyol” hazırda 36 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, Sançes Flores 2016-cı ildən Kataloniya klubunu çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə