Luis Enrike “Arsenal”ın baş məşqçisi olacaq?

Arsen Vengerin mövsümün sonunda “Arsenal”ı tərk etməsini açıqlamasından sonra klub rəhbərliyi yeni baş məşqçi axtarışına başlayıb. Qol.az-ın “The İndependent”ə istinadən yaydığı xəbərə görə, London klubu Luis Enrike ilə danışıqlara başlayıb.

Lakin ispaniyalı çalışdırıcının yüksək maaş tələb etməsi danışıqlara mane ola bilər. Qeyd edək ki, ötən il “Barselon”dan ayrılan Enrike bir ildir işsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə