Unai Emeri: "Fikirlərimi PSJ-yə cəmlənmişəm"

PSJ-in baş məşqçisi Unai Emeri mövsümün sonunda göndəriləcəyi və "Real Sosyedad" ilə görüşdüyü iddialarına cavab verib. SİA-nın məlumatına görə, heç bir görüşmə olmadığnı qeyd edən mütəxəssis bunları söyləyib: "Nə mən, nə də mənim adımdan biri başqa klubla görüşməyib. Fikirlərimi PSJ-yə və önümüzdəki hədəflərə cəmlənmişəm. Bunu açıq söyləmək istəyirəm".

Qeyd edək ki, PSJ-nin Çempionlar Liqasındakı məğlubiyyətindən sonra Emeri ilə yollarını ayıracağını və yeni baş məşqçinin Tomas Tuhel olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə