Bu gün "Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin doğum günüdür. SİA-nın məlumatına görə, 1958-ci ildə dünyaya gəlmiş B.Hacıyev 2011-2013 və 2014-cü illərdə "Neftçi”nin baş məşqçisi olub. Bu müddət ərzində komandaya ölkə çempionluğunu (2012, 2013) və kubokunu (2013, 2014) qazandırmış B.Hacıyev mütəxəssis "Neftçi”ni Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə yüksəldib (2012).

O, bu il martın 16-da vəfat edib. B.Hacıyevin əziz xatirəsi "Neftçi” azarkeşlərinin ürəyində daim yaşayacaq!

Bütün xəbərlər Facebook səhifəmizdə