Arsen Venger "Arsenal"dan ayrılır

Arsen Venger mövsümün sonunda "Arsenal"dan ayrılacaq. SİA-nın məlumatına görə, klubun rəsmi saytına danışan fransız mütəxəssis mövsümün sonunda getməyin doğru qərar olduğunu deyib: "Mövsümün sonunda ayrılmağın doğru olduğunu düşünürəm. Kluba uzun illər xidmət etmək üçün şərait yaradılmasına görə minnətdaram. "Arsenal" mənim sevgimdir".

Xatırladaq ki, A. Venger 1996-cı ildən "Arsenal"ı çalışdırırdı. O, "topçular"da 3 dəfə Premyer Liqa, 7 dəfə Federasiya kuboku və 7 dəfə də super kuboku qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə