"Atletiko" acınacaqlı məğlubiyyətlə üzləşdi

"Atletiko" futbol üzrə İspaniya La Liqasında növbəti oyununa çıxıb və acı məğlubiyyətlə üzləşib. Belə ki, Madrid klubu 33-cü turda "Real Sosyedad"ın qonağı olub və gözlənilmədən meydanı başıaşağı tərk edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real Sosyedad" - "Atletiko" - 3:0
Qol:
Vilian Joze, 27, Juanmi, 80

Qeyd edək ki, 33 turdan sonra turnir cədvəlinə 83 xalla "Barselona" başçılıq edir. "Atletiko" 71 xalla 2-ci, "Real" 68 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə