FİFA üç kluba cəza "yağdırdı"

FİFA-nın İntizam Komitəsi üç klubu cəzalandırıb. Qurumun saytında yer alan xəbərə görə, Portuqaliyanın “Benfika” və “Sportinq”, İspaniyanın “Selta” klublarını cərimələnib. Sözügedən klublar transfer reqlamentini pozub. Onlar futbolçularla, 3-cü şəxslərə klubların işinə və müstəqilliyinə təsir imkanı yaradan müqavilələr bağladıqları üçün sanksiyalara məruz qalıblar. “Benfika” 150, “Sportinq” 110, “Selta” 65 min İsveçrə frankı cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə