“Elə bir andı ki, başımıza gözəl hadisə gəldi. Bu hadisə gözəl bir vaxtda alındı. Qalibiyyətə ehtiyacımız var idi. Çox sevincliyəm”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun yarımfinalında “Neftçi”yə qalib gələrək (3:1) finala yüksəldikləri oyundan sonra keçirilən mətbuat konafransında deyib.
- Bu qədər həyəcanlı olduğunuzu görməmişdik. Belə bir anı Azərbaycanda yaşamışdız?
- Sevincim ona görədi ki, titul uğrunda mübarizə aparırırıq. Ona görə şadam ki, bu anda belə qələbə qazandıq. Başımıza inanılmaz şeylər gəldi. Hansı ki, başqa komandalar belə şeyi 20 oyundan bir yaşayır. Lakin biz hər oyun uğursuzluqla üzləşdik. Bu qələbənin əhəmiyyəti böyükdür.
- Stankoviçin erkən əvəzlənməsi gözlənilməz idi…
- Bizim üçün gözlənilməz deyildi. Onun əvəzlənməsi zədə ilə bağlı idi. Bəlkə yüngül zədə hesab oluna bilər. Əvvəl də belə hallarla üzləşmişdik. Buna görə risk etmədik. Baş verən uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdi. Cavid Hüseynovun soyuqqanlılıqla penaltini yerinə yetirməsini qeyd edərdim. Bu şəkildə qələbə əldə etməyimiz gücümüzü göstərdi.
- Finalda həmyerliniz Yuri Maksimovun çalışdırdığı “Keşlə”yə rəqib oldunuz. Maksimov bildirib ki, prinsipiallıq naminə onunla rəqib olmaq istərdim.
- Buna şəxsən təəccübləndim. Biz Ukraynada rəqib olmuşuq. Oyunlarımızda prinsipiallıq olub. Maksimova indi də hörmət edirəm. Onunla şəxsi prinsipim yoxdur. Final görüşündə prinsipial qələbə qazanmaq istəyirik.
- 3-cü dövrədə bu cür oyun niyə alınmırdı?
- Sistemli şəkildə qalib gəlmək üçün 4 aspekt lazımdı: fiziki, taktiki, hərəkət, psixioloji amillər. “Neftçi”yə ilk oyunda uduzmuşduq. Dabo həmin matçda çıxış etməmişdi. “Zirə” ilə görüşdə qapıçımız zədələndi. 3 əsas oyunçumuz yox idi. Bunlar hamısı oyuna təsir edir. “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm.
- “Qarabağ”la “Qəbələ” arasında rəqabət var. Finalda rəqibinizin “Keşlə” olmasına sevindiz, yoxsa “Qarabağ”ın olmamasına görə təəssüfləndiz?
- “Qarabağ” hamıdan üstündür. Biz onlara çatmaq istəyirdik, amma alınmadı. Bunun üçün vaxt lazımdır.
- İlqar Qurbanovun durumu necədir?
- Paltardəyişmə otağında gördüm. Ciddi bir şey yox idi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qərbin “VARDANYAN ŞOUSU” – TƏHLİL
Siyasət 18:04SOCAR ilə DVX arasında memorandum imzalanıb - FOTOLAR
İqtisadiyyat 17:25Ötən ay 63 milyon manat ipoteka krediti verilib
İqtisadiyyat 17:19Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ
Siyasət 17:18Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Siyasət 17:09Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
İqtisadiyyat 16:46Evlərdə yeni otaq: SOYUNMA-GEYİNMƏ OTAĞI - ARAŞDIRMA
Maraqlı 16:35Prezident Şarl Mişeli COP29-a dəvət edib
Siyasət 16:16Sifarişli və qərəzli hesabat - RAKURS
Siyasət 16:12Elmira Süleymanova ilə vida mərasimi başa çatıb
Hadisə 15:12Zərdabda moped, Salyanda avtomobil yanıb
Hadisə 14:34Mbappe PSJ-nin heyətində yeni rekorda imza atıb
İdman 14:25Türk dünyası böyük bir fenomenə çevrilib - Səməd Seyidov
Siyasət 14:20"Qəbələ"nin futbolçusu əməliyyat olunub
İdman 14:14Azərbaycanın ilk ombudsmanı vəfat edib
Hadisə 14:13Türk dövlətləri parlamentləri Qarabağa səfər edəcəklər
Siyasət 13:07"Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb" - Sahil Babayev
İqtisadiyyat 13:04Ötən sutka 46 yanğına çıxış olub - FHN
Hadisə 13:03Milli ideoloji araşdırmaları ilə tanınan alim
Sosial 12:40Baş Prokurorluq-dan mediaya müraciət
Hadisə 12:2793 müəssisədə nöqsanlar aşkarlandı - FOTO
Hadisə 12:21İlham Əliyev və Sadır Japarov Ağdamda
Siyasət 12:20Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır - FOTO
Siyasət 12:15Azərbaycan və Qırğız Respublikası arasında əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat 12:13İcma ABŞ Dövlət Departamentinə cavab verib
Siyasət 12:12Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Hadisə 12:11“Təbiətə valeh olanlar” layihəsi davam edir
Mədəniyyət 12:08Sülh üçün iradə nümayiş etdirməlidir
Siyasət 12:06Vətəndaşların Dövlət Vergi Xidmətinə müraciətləri azalıb
İqtisadiyyat 11:59Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8205 +0,04%
- GBP 2,1193 +0,09%
- RUB 0,0184 +1,09%