Aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vüqar Həşimovun həyatından və karyerasından bəhs edən videoçarx nümayiş olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov mərasimdə çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. Əvvəlki dörd turnirin “Synergy Group”un dəstəyi ilə keçirildiyini vurğulayan A.Məmmədov builki turnirin təşkilatçısının SOCAR olduğunu deyib. O, turnirin təşkilində dəstəyinə görə Azərbaycan Şahmat Federasiyasına və SOCAR-a təşəkkürünü bildirib.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyümjinov şahmat aləmində kifayət qədər nüfuz qazanan “Shamkir Chess” turnirinin beşinci dəfə təşkil olunmasından məmnunluğunu bildirib. Vüqar Həşimovun yüksək insani keyfiyyətlərindən və peşəkar şahmatçı kimi əldə etdiyi nailiyyətlərdən danışan FIDE prezidenti deyib: “Belə bir övlad böyütdükləri üçün Vüqarın valideynlərinə təşəkkürümü bildirirəm. Vüqar hər zaman bizimlədir. Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı üçün Dövlət Proqramı qəbul olunub. İki il əvvəl Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası dünya tarixində ən yaxşı təşkil edilən şahmat turniri kimi qəbul olunur. Azərbaycanda şahmatı sevirlər. Dünyada 60 milyondan çox insan şahmat oynayır. Artıq Bakı ilə yanaşı, Şəmkir də şahmat mərkəzi kimi dünyada tanınır. Bu gün də şahmat bayramıdır. Bu turnirdə maraqlı oyunlar görməyi arzulayıram”.
Yarışın təşkilində dəstəyinə görə SOCAR-a minnətdarlığımı bildirən K.İlyümjinov iştirakçılara uğurlar arzulayıb. Sonra rəssam Fərman Hüseynov FIDE prezidentinin portretini ona hədiyyə edib.
Daha sonra əvvəlki “Shamkir Chess” turnirlərindən görüntülər nümayiş olunub.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov tanınmış şahmatçı Vüqar Həşimovun uğurlu karyerasından, əldə etdiyi nailiyyətlərdən danışıb. O, mərhum şahmatçımızın xatirəsinə həsr olunan bu mötəbər turnirin əhəmiyyətini yüksək qiymətləndirib.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov təmsil etdiyi şirkətin belə mühüm turnirin təşkilinə dəstək verməsindən məmnunluğunu bildirib. O, Vüqar Həşimovun xatirəsinə həsr olunan bu super turnirin Azərbaycanda şahmatın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Mərhum şahmatçının atası Qasım Həşimov oğlunun xatirəsinə həsr olunan turnirin təşkilatçılarına minnətdarlığını bildirərək deyib: “Hər dəfə oğlumdan bəhs edən kadrları izlədikdən sonra danışmaqda çətinlik çəkirəm. “Synergy Group” ilk dörd turniri ən yüksək səviyyədə təşkil edib. İndi isə təşkilatçılığı SOCAR öz üzərinə götürüb. Buna görə də SOCAR rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Bu turnirin Şəmkirin dünyada, o cümlədən şahmat aləmində tanınmasına böyük töhfə verdiyini vurğulayan Q.Həşimov oğlunun karyerasının əvvəlində ilk uğurlarını əldə etməsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb.
Açılış çıxışlarından sonra turnirin baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun rəhbərliyi ilə iştirakçılar arasında püşk atılıb. Püşkün nəticələrinə əsasən, aprelin 19-da turnirin birinci turunda dünyada ən yüksək reytinqə sahib iki şahmatçı – hazırkı dünya çempionu Maqnus Karlsen (2843) ilə Şəhriyar Məmmədyarov (2814) üz-üzə gələcəklər. Qeyd edək ki, hər iki şahmatçı 2014-cü ildə də bu turnirin ilk turunda qarşılaşmışdılar. Püşkatmanın nəticələrinə əsasən ilk turda, həmçinin Veselin Topalov (Bolqarıstan, 2749) – Teymur Rəcəbov (2748), Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778), Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) və David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (2704) partiyaları oynanılacaq. Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Günümüzün əsas çağırışlarından biri..." - ŞƏRH
Siyasət 15:17Azərbaycan-Macarıstan enerji İşçi Qrupunun iclası keçirilib - FOTOLAR
İqtisadiyyat 15:12Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
İqtisadiyyat 15:02Prezident İlham Əliyev Qırğızıstana təşəkkürünü bildirib
Siyasət 14:58Fransada Denge qızdırması halları artıb
Dünya 14:56Sabunçu qəsəbəsində yanğın baş verib
Hadisə 14:56Əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat 14:48Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
İqtisadiyyat 14:44İki dövlət arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb
İqtisadiyyat 14:39Azərbaycanla bu dövlət arasında ikiqat vergitutma aradan qaldırılır
İqtisadiyyat 14:32Sabiq baş pediatr özünü güllələyib
Hadisə 14:23ABŞ dövlət katibi Çində səfərdədir
Dünya 14:09Prezident İlham Əliyev Sadır Japarovu COP29-a dəvət edib
Siyasət 14:06Ölkələrimiz arasında münasibətlərin bugünkü reallıqları
Siyasət 14:00Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
Siyasət 13:36Uroloji stent - VİDEO
Səhiyyə 12:19Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi auditor seçir
İqtisadiyyat 12:15İşğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
İqtisadiyyat 12:13AQTA-dan xəbərdarlıq
Sosial 11:57100 il oxucuların xidmətində- - MASALLIDA TƏDBİR
Mədəniyyət 11:52Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
İqtisadiyyat 11:51FHN-dən müraciət
Hadisə 11:47Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Siyasət 11:45Əsəbləşən Şoyqu “cavab” vəd etdi...
Dünya 11:39Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
Siyasət 11:34Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Hadisə 11:32Metabolik sindromun səbəbləri nədir? - HƏKİM AÇIQLADI
Səhiyyə 11:16Əlaqələrin genişlənməsi hər zaman diqqət mərkəzindədir
Siyasət 11:13MGH-də Elmi Konfrans keçirilib - FOTOLAR
Səhiyyə 11:11Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
İqtisadiyyat 11:02Xankəndidə xeyli silah-sursat aşkarlanıb
Hadisə 10:49Qırğızıstan Prezidenti Azərbaycana səfərə yola düşüb
Siyasət 10:48Solaxay olmaq fərqlilikdir? - AYDINLIQ GƏTİRİLDİ
Sosial 10:48Azərbaycanda əmtəəlik səmt qazı istehsalı artıb
İqtisadiyyat 10:46Qaçırılan 23 yaşlı qız tapılıb - YENİLƏNİB
Hadisə 10:45FHN əməliyyat görüntüləri yayıb
Hadisə 10:44AMEA-da yeni şöbələr yaradılıb, - FOTOLAR
Təhsil 10:30Bir neçə şadlıq sarayı cərimələnib
Hadisə 10:21Xalq artisti Tünzalə Ağayeva dəyişdi
Şou-Biznes 10:18İlkin səhiyyə xidməti təkmilləşdirilir
Sosial 10:1719 kiloqramdan çox narkotik aşkar olunub
Hadisə 10:15Qeydiyyatda olmaq pay hüququdur? - AÇIQLANDI
Sosial 10:06Qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb
Hadisə 10:04Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8198 +0,49%
- GBP 2,1173 +0,86%
- RUB 0,0182 0,00%