Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. “Sumqayıt” öz meydanında “Keşlə”ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. İlk matçda 1:0 hesabı ilə qalib gələn "Keşlə" bu nəticə ilə finala adlayıb. Tarixinin ən böyük uğurunun astanasında olan “Sumqayıt” isə kubokla vidalaşıb.

Digər görüşdə isə, “Neftçi” “Qəbələ”ni sınağa çəkib. İlk matçdan səfərdən qələbə ilə qayıdan “ağ-qaralar” sərfəli hesabı qoruya bilməyiblər. Qeyd edək ki, ölkə kubokunun finalı 28 mayda keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

18 aprel

20:00. “Neftçi” - "Qəbələ” - 1:3
Qol:
Soni Mustivar, 10, Baqali Dabo, 20 (1:1), 30 (1:2), Cavid Hüseynov, 61-pen. (1:3)
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
Bakı. "Bakcell Arena”
İlk oyun - 2:1.

17:00. "Sumqayıt” - "Keşlə” - 1:1
Qollar:
Meza Kolli, 62 (0:1), Cavid İmamverdiyev, 64 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
“Kapital Bank Arena”
İlk oyun - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə