“Beşiktaş” “Şaxtyor”un futbolçusunu transfer edəcək

“Beşiktaş”ın yay fasiləsində heyətinə qatacağı ilk futbolçu məlum olub. Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Şaxtyor”un yarımmüdafiəçisi Bernardla razılıq əldə edib. Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacağı bildirilir. Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm Donetsk klubunun heyətində ümumilikdə 29 oyun keçirib və 10 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə