Kubokun yarımfinalına hakim təyinatları açıqlanıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar açıqlanıb. PFL-in rəsmi saytında yer alan xəbərə görə, "Sumqayıt" - "Keşlə" matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb. "Neftçi" - "Qəbələ" görüşünü isə Rauf Cabbarov idarə edəcək.

18 aprel (çərşənbə)

17:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

“Kapital Bank Arena”

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər:
Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
"Bakcell Arena"

Qeyd edək ki, ilk görüşdə "Neftçi" "Qəbələ"yə 2:1, "Keşlə" isə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Həlledici oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə