“Arsenal” üçün son 33 mövsümün antirekordu

Həftə sonu “Nyukasl”ın qonağı olan “Arsenal” ardıcıl 5-ci səfər görüşündən məğlub ayrılıb. Apasport.az saytının məlumatına görə, “topçular” özünün son 33 mövsümdə antirekordunu imza atıb. Belə ki, komandanın tarixində belə hal sonuncu dəfə 1984/1985 mövsümündə baş vermişdi. “Arsenal” “Nyukasl”dan öncə, “Brayton”, “Tottehem”, “Suonsi” və “Bornmut” səfərlərindən də xalsız qayıtmışdı.

Hazırda “Arsenal”la ən yaxın izləyicisi “Börnli” arasında 2 xal fərq var. “Börnli” xal fərqini qapayıb, “topçular”ı qabaqlayacağı təqdirdə, Arsen Vengerin yetirmələri növbəti mövsüm Avroliqada mübarizə aparmaq şansını itirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...