PSJ yeddinci dəfə Fransa çempionu olub

Fransa çempionatında 2017/18 mövsümünün çempionu bəlli olub. Qol.az-ın məlumatına görə, 33-cü tur çərçivəsində PSJ öz meydannda “Monako”nu 7:1 hesabı ilə məğlub edib. Bununla da Paris klubu sona 5 tur qalmış çempionluğu təmin edib. Komanda hazırda ən yaxın izləyicisi “Monako”nu 17 xal qabaqlayır ki, 5 tur ərzində bu fərqin aradan qalxması qeyri-mümkündür.

1 illik fasilədən sonra yenidən qızıl medallara qovuşan Emerinin komandası ümumilikdə 7-ci dəfə Fransa çempionu olub - 1985/86, 1993/94, 2012/13, 2013/14, 2014/15, 2015/16.

Bütün xəbərlər Facebook səhifəmizdə