Polşa prezidenti DÇ-2018-in açılışından imtina etdi

Polşa prezidenti Andjey Duda Rusiyada keçiriləcək dünya çempionatının açılış mərasimində iştirak etməyəcək. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, açılışda iştirakdan imtina edən siyasətçi Vladimir Putini növbəti dəfə prezident seçilməsi münasibəti ilə təbrik də etməyib.

Qeyd edək ki, daha öncə Böyük Britaniyanın kral ailəsinin üzvləri və krallığın nazirləri DÇ-2018-ə getməyəcəklərini açıqlayıblar. Buna Britaniya hökumətinin İngiltərədə sabiq rus kəşfiyyatçılarının kimyəvi maddələrlə zəhərləndirilməsində Rusiyanı təqsirli hesab etməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...