Şəhriyar Məmmədyarov 7-ci turda heç-heçə edib - İddiaçılar turniri

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirinin 7-ci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya idmançısı Aleksandr Qrişukla qarşılaşıb. SİA-nın məlumatına görə, oyun heç-heçə yekunlaşıb. Hazırda Ş.Məmmədyarovun aktivində 4,5 xal var.

Turun digər görüşlərində isə ABŞ şahmatçısı Fabiano Karuana Ermənistan təmsilçisi Levon Aronyana, Sergey Karyakin (Rusiya) Uesli Soya (ABŞ) qalib gəlib. Vladimir Kramnik (Rusiya) - Din Lijen (Çin) qarşılaşmasında şahmatçılar xalları yarı bölüblər.

Yeddi turdan sonra azərbaycanlı şahmatçı turnir cədvəlində 2-ci pilləni tutur. ABŞ təmsilçisi Fabiano Karuana 1-ci, rusiyalı qrossmeyster Vladimir Kramnik 3-cü yerdədir.

Növbəti turda Ş.Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq.

Turnir martın 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə