Millimiz Ukrayna yığması ilə heç-heçə edib

Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib. Komandamızın heyətində Nino Qurqenidze fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə