Bakıda dünya kubokunda gimnastika tiri yarışlarının qalibləri müəyyənləşib

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci günündə qadınlar arasında gimnastika tiri yarışında qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, yarışın qızıl və gümüş medalları Çinin aktivinə yazılıb. Bu ölkənin təmsilçisi Huan Luo 13.400 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Jiaqi Lyu (12.933 xal) gümüş medala layiq görülüb. Üçüncü yeri isə özbəkistanlı Oksana Çusovitina (12.866 xal) tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə