Belarus gimnastı dünya kubokunda qızıl medal qazanıb

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci günündə kişilər arasında dayaqlı tullanma yarışında medalların sahibləri müəyyənləşib. SİA-nın məlumatına görə, Belarus təmsilçisi Pavel Bulauski (14.283 xal) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Filippinli gimnast Yulo Karlos Edrial (14.183 xal) dünya kubokunun gümüş medalını əldə edib. İlk üçlüyü gürcüstanlı Konstantin Kuzovkov (14.133 xal) qapayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə