"Qriqorçuk "Astana" üçün ən yaxşı variantdır"

"Şəxsi fikrim belədir ki, yayda "Astana"da dəyişikliklər olmamalıdır. Çünki bu kluba Stanimir Stoilovun məşqçilər korpusundakı insanlar gəliblər. Onlar təməli qoyanlardır. Nəticədə komanda həm daxili, həm də beynəlxalq arenada möhtəşəm çıxış edir. Ona görə də hesab edirəm ki, məşqçilər korpusu sonadək işləməlidir və onlarla "Astana"da hər şey alınacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan Premyer Liqasında çıxış edən bir sıra futbolçuların meneceri olan Sergey Novikov deyib. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun yayda “Astana”ya baş məşqçi təyin oluna biləcəyi ilə bağlı iddialara münasibət bildirən tanınmış agent ukraynalı mütəxəssisin paytaxt təmsilçisi üçün ideal variant olduğunu söyləyib:

“Ancaq birdən nəsə baş versə, şəxsi fikrim budur ki, "Astana" və Qazaxıstan üçün ən yaxşı variant Qriqorçukdur. Fikrimcə, o, intizamı və oyun sistemi ilə Stoilova bənzəyir. Qriqorçuk sərt, bir o qədər maraqlı mütəxəssisdir. Həm də çox ağıllıdır. "Çernomorets"lə uğurlar qazanıb, Azərbaycanda əla işləyir. Buna görə də onun "Astana"nı qəbul etmək şansı çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə