“AGF Trophy 2018”in qalibləri müəyyənləşdi - FOTO

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda “AGF Trophy 2018”in (Azərbaycan Gimnastika Federasiyasının Kuboku) qalibləri müəyyənləşib. SİA-nın məlumatına görə, kubok hakimlərdən ən çox xal alan kişi idman gimnastı gürcüstanlı Konstantin Kuzovkov və qadın idman gimnastı özbəkistanlı Oksana Çusovitinaya təqdim edilib.

Qeyd edək ki, dünya kuboku sabah (martın 18-də) yekunlaşacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə