Bakıda dünya kubokunda çinli gimnast qızıl medal qazandı

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda qadınlar arasında müxtəlif hündürlüklü qollarda dünya kubokunun mükafatçıları məlum olub. SİA-nın məlumatına görə, çinli gimnast Jiaqi Lyu (14.833 xal) bütün rəqbilərini üstəyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Huan Luo (14.433 xal) gümüş medala layiq görülüb. İlk üçlüyü isə ukranyalı Yana Federova (13.033 xal) qapayıb.

Qeyd edək ki, dünya kuboku sabah (martın 18-də) yekunlaşacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə