Paralel qollarda dünya kubokunun mükafatçıları müəyyənləşdi - FOTO

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda kişilər arasında paralel qollarda dünya kubokunun mükafatçıları məlum olub. SİA-nın məlumatına görə, bu növdə yaponiyalı Kenta Çiba (14.966 xal) 1-ci, belarusiyalı Andrey Lixovitskiy (14.666 xal) 2-ci, türkiyəli Fərhat Arican (14.366 xal) isə üçüncü olub.

Xatırladaq ki, bu gün dayaqlı tullanma yarışlarında Azərbaycan idmançısı Marina Nekrasova gümüş medal qazanıb. Hakimlər idmançımızın finalda icra etdiyi hərəkətlərə 14.216 xal veriblər.

Qeyd edək ki, bu gün həmçinin Azərbaycan idmançılarından müxtəlif hündürlüklü qollarda Mariya Smirnova və Marina Nekrasova finalda mübarizə aparırlar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə