Yaponiya gimnastı Bakıda dünya kubokunun qalibi oldu

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda sərbəst hərəkətlər üzrə yarışların qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, Yaponiya təmsilçisi Kazuma Kaya hamıdan yaxşı nəticə göstərib və dünya kubokunun qalibi olub. O, finalda 14.233 xal qazanıb.

İkinci yerə 14.200 xalla Ukrayna idmançısı Volodimir Hrybuk, 3-cü yerə 14.100 xalla solveniyalı Rok Klavora çıxıb.

Qeyd edək ki, dayaqlı tullanma yarışında təsnifat mərhələsini uğurla adlayan təmsilçilərimiz Marina Nekrasova və Yuliya İnşina da bu gün finalda medal qazanmağa çalışırlar. Müxtəlif hündürlüklü qollarda isə Mariya Smirnova və Marina Nekrasova finalda mübarizə aparırlar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə