FİFA DÇ ilə bağlı yenilikləri təsdiqləyib

FİFA Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı bəzi yenilikləri təsdiqləyib. SİA-nın məlumatına görə, ki, əsas dəyişiklik əvəzetmələrlə bağlıdır. FİFA mundialda komandaların 4-cü əvəzetmə hüququnu təsdiq edib.

Yeni qayda yalnız pley-off oyunlarında və əlavə vaxt olduğu təqdirdə tədbiq edilə bilər.

Bu variant 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kubokunda ilk dəfə sınaqdan keçirilmişdi.

Bundan başqa, FİFA mundialda videotəkrar sistemindən istifadə edilməsini rəsmən təsdiqləyib.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə