Bu gün 4 gimnastımız dünya kubokunun finalında yarışır

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, bu gün kişi gimnastlar sərbəst hərəkətlər, paralel qollar və halqalarda medal uğrunda mübarizə aparırlar.

Qadın gimnastlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda finalda yarışırlar.

Dayaqlı tullanma yarışında təsnifat mərhələsini uğurla adlayan təmsilçilərimizdən Marina Nekrasova və Yuliya İnşina finalda medal qazanmağa çalışırlar. Müxtəlif hündürlüklü qollarda isə Mariya Smirnova və Marina Nekrasova finalda mübarizə aparırlar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə