Timoşenko Trampın köməkçisinə hər ay 60 min verir?

Ukraynanın Baktivşina Partiyasının rəhbəri Yuliya Timoşenko öz lobbiçiliyini aparmaq səlahiyyətlərini Donald Trampın keçmiş köməkçisi Bari Bennetə həvalə edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Bennetin xidmətlərinə görə hər ay Timoşenkonun ona 60 min dollar ödədiyi bildirilib. Nəticədə il ərzində Bennetin Timoşenkodan 720 min dollar alması nəzərdə tutulub.

Bennet artıq öz müsahibəsində Timoşenkonu Qərbi dəstəkləyən islahatçı adlandırıb. O, şirkətinin Timoşenkonun ABŞ-a gəlməsinə yardım edəcəyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə