AL-də 1/4 final cütləri müəyyənləşib

Çempionlar Liqasının ardınca bu gün UEFA Avropa Liqasında da 1/4 final mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarışda mübarizəni davam etdirən 8 komanda rəqiblərini tanıyıb.

Avropa Liqası

1/4 final

“Leypsiq” (Almaniya) - “Marsel” (Fransa)

“Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

“Atletiko” (İspaniya) - “Sportinq” (Portuqaliya)

“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə