Fransalı azarkeşlər stüardlara hücum ediblər

Futbol üzrə Avropa Liqasının 1/8 finalında "Atletiko" və "Marsel" komandaları arasında keçirilən cavab matçında insident baş verib. SİA-nın məlumatına görə, Bilbao şəhərinin "San-Mames" stadionunda baş tutan qarşılaşmada stüardlar fransalı futbol azarkeşlərinin hücumuna məruz qalıb. Stüardlardan biri boyun, digəri isə əl nahiyəsindən deşilmiş yara alıb. Həkimlərin bildirdiklərinə görə, onların aldıqları xəsarət həyatları üçün təhlükəli deyil.

Faktla bağlı azı 1 nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə