"Barselona" ciddi itki ilə üzləşib. Qol.az-ın İspaniya mətbuatna istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun yarımmüdafiəçisi Serxio Buskets sıradan çıxıb. O, Çempionlar Liqasının 1/8 finalının "Çelsi" ilə cavab oyununda zədələnib.

Ayaq barmağı sınan 29 yaşlı yarımmüdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə