Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim "Gimnastika - gələcəyin səsi" şüarı altında gimnastikanın bütün növlərinin birləşməsinə həsr olunub.

Məqsəd olaraq gənclər arasında sağlam həyat tərzinin təbliğatını seçmiş Azərbaycan Gimnastika Federasiyası açılış mərasimi vasitəsilə tamaşaçılara müraciət etməyi qərara alıb.

Mərasim bir çox beynəlxalq festivalların iştirakçısı, adı Azərbaycan gənc istedadlarının "Qızıl kitabı"na salınmış 12 yaşlı Fidan tərəfindən Azərbaycan himninin ifa olunması ilə başlayıb.

Daha sonra səhnə müxtəlif gimnastika elementləri nümayiş etdirən gimnastların öhdəsinə verilib. Bu çıxışlarla da turnirin ilk günü başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə