Daha 2 gimnastımız dünya kubokunun finalına vəsiqə qazanıb

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda azərbaycanlı qadın gimnastlar Marina Nekrasova və Mariya Smirnova finala çıxıblar. SİA-nın məlumatına görə, gimnastlar müxtəlif hündürlüklü qollarda finalda iştirak edəcəklər. Onlar təsnifat mərhələsində müvafiq olaraq 12,100 və 11,900 xal toplayıblar.

Bu növdə finala həmçinin Tsziaçi Lyu və Han Lo (Çin), Yana Fyodorova (Ukrayna), Lüsiya Hribar (Sloveniya), Anna Subotina (Gürcüstan) və Nevin Deris (CAR) vəsiqə qazanıb.

Qeyd edək ki, martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ev sahibliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə