Dünya kubokunda sərbəst hərəkətlərdə finalçılar bəlli oldu

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda sərbəst hərəkətlər üzrə yarışlarda finalçılar bəlli olub. SİA-nın məlumatına görə, finalda, təsnifat mərhələsində 14.166 xalla 1-ci olan sloveniyalı Rok Klavora, 14.100 xalla 2-ci olan yaponiyalı Kazuma Kaya, 14.033 xalla 3-cü olan gürcüstanlı Konstantin Kuzovkov, 13.966 xalla 4-cü olan çinli Jile Mu, 13.966 xalla 5-ci olan hollandiyalı Bram Verhofştad, 13.966 xalla 6-cı olan yaponiyalı Kenta Çiba, 13.933 xalla 7-ci olan ukraynalı Volodumur Hrybuk, 13.833 xalla 8-ci olan finlandiyalı Heikki Saarenketo mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan idmançısı Dariy Morozov təsnifat mərhələsində 13.000 xalla 20-ci, Murad Ağarzayev 12.766 xalla 21-ci yerə qərarlaşıb.

Yarış martın 18-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə