İki gimnastımız dünya kubokunun finalında

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda 2 gimnastımız finala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, dayaqlı tullanma hərəkətlərini icra edən Azərbaycan təmsilçiləri Marina Nekrasova və Yuliya İnşina finalda mübarizə aparacaqlar.

M.Nekrasova 13.983 xalla yarışın təsnifat mərhləsində 2-ci, Y.İnşina isə 13.183 xalla 5-ci pillədə yer alıb və medallar uğrunda mübarizə aparmaq üçün şans qazanıblar.

Qeyd edək ki, finalda Azərbaycan idmançıları ilə yanaşı, Özbəkistan, Sloveniya, Ukrayna, Türkiyə, Cənubi Afrika Respublikasını təmsil edən 8 gimnast yarışacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə