Daha 2 gimnastımız dünya kubokunda çıxış edib

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında daha 2 Azərbaycan gimnastı çıxış edib. SİA-nın məlumatına görə, 3-cü rotasiyada paralel qollar üzrə hərəkətlərdə Timur Bayramov öz proqramını nümayiş etdirib. Onun göstərdiyi proqram 12.733 xalla qiymətləndirilib.

Bu rotasiyada dayaqlı tullanma hərəkətlərində isə Marina Nekrasova çıxış edib. İdmançımız çıxışını yüksək səviyyədə başa vurub. O, hakimlərdən ümumilikdə 13.983 xal alıb.

İdmançılarımızın yarış cədvəlinin hansı pilləsində olması bugünkü ümumi proqramlardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, bu gün 9-cu rotasiyada daha 2 gimnastımız çıxış edəcək. Marina Nekrasova və Mariya Smirnova müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə proqramlarını icra edəcəklər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə