Bakıda dünya kuboku yarışlarına start verilib

Bu gün Bakıda daha bir mötəbər beynəlxalq yarış başlayıb. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarına start verilib. Bakıda üçüncü dəfə təşkil olunan bu kubok yarışlarında 25 ölkədən 102 idmançı mübarizə aparır.

Bu gün və sabah kişi və qadın idman gimnastları təsnifat mərhələlərində, yarışın son iki günündə isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışa martın 18-də yekun vurulacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə