Ramon Rodriges: "Roma" yarımfinala çıxsa, himni əzbər oxuyacam

“Roma”nın idman direktoru Ramon Rodriges komandanın Çempionlar Liqasında 1/4 finala yüksəlməsinə münasibət bildirib. Qol.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, “Monçi” ləqəbli ispaniyalı futbol funksioneri maraqlı fikirlər səsləndirib. O, yarımfinala çıxacaqları təqdirdə klubun himnini əzbərləyəcəyinə və oxuyacağına söz verib:

“Çox əziyyət çəkdik. Amma artıq yarımfinal haqda düşünə bilərik. Çox xoşbətəm. Ağır işimizin qarşılığında bu cür nəticə qazanmaq qürurvericidir. “Rom” mənim üçün xüsusi klubdur. Çünki bütün futbolçular meydanda ürəklə mübaizə aparırlar. Bu qələbəni azarkeşlərimizə həs edirəm. Onlar belə uğurlara layiqdirlər. Klubun himninin bütün sözlərini bilmirəm. Çox möhtəşəm mahnıdır. Yarımfinala çıxsaq, söz verirəm ki, himni əzbər oxuyacam”.

Qeyd edək ki, “Roma” dünən Çempionlar Liqasının 1/8 finalında “Şaxtyor”u 1:0 hesabı iləməğlub edərək, adını növbəti mərhələyə yazıdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə