“Kəpəz” “Sumqayıt”la matça itkilərlə çıxacaq

Topaz Premyer Liqanın 20-ci turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu oyuna itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, bu gün səhər saatlarında keçirdiyi məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayan komandanın heyətində Samir Zərgərovla Şadon Vinçester zədəlidir. Ötən tur “Qəbələ” ilə matçda sıradan çıxan futbolçuların zədəsi ciddidir və bu oyunçular səfər oyununda meydana çıxa bilməyəcəklər.

Vinçesterin əzələsində yırtıq, Zərgərovun baldır-ayaq oynağının bağında dartınma və hissəvi qopma var. Futbolçuların durumu həkim nəzarəti altındadır, onların müalicə prosesi gələn ayın əvvəlinə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə