Boksçularımız Avropa çempionatına hazırlığı davam etdirirlər

Boks üzrə Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları təlim-məşq toplanışını davam etdirirlər. SİA-nın məlumatına görə, millilərimiz martın əvvəlində başlayan hazırlığın arxada qalan hissəsində əsasən fiziki və texniki çalışmalar üzərində işləyiblər.

Azərbaycan Boks Mərkəzində gerçəkləşən toplanış martın 23-dək davam edəcək. Məşqin məqsədi 22 yaşadək boksçular arasında Avropa çempionatına hazırlıqdır.

Yarış martın 24-dən aprelin 2-dək Rumıniyanın Tırqu-Jiu şəhərində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...