Sabah Bakıda dünya kuboku yarışlarına start veriləcək

Martın 15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək. SİA-nın məlumatına görə, Bakıda üçüncü dəfə təşkil olunacaq bu kubok yarışlarına 25 ölkədən 102 idmançının qatılacağı gözlənilir.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günündə təsnifat mərhələlərində, son iki günündə isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışa martın 18-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə