İnyesta bu axşam "Çelsi"yə qarşı oynayacaq?

“Barselona”nın kapitanı Andres İnyesta zədəsini sağaldıb. Qol.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, 34 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilsə də, o, artıq komanda ilə məşqlərə başlayıb. İnyestanın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə bu gün axşam keçiriləcək cavab matçında iştirak edə biləcəyi söylənilir.

Qeyd edək ki, “Barselona” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Londonda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...