“Keşlə” - “Qəbələ” matçında qalib müəyyənləşmədi

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib. "Keşlə" öz meydanında "Qəbələ"ni qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, turun daha üç oyunu sabah keçiriləcək.

Topaz Premyer Liqası

20-ci tur

13 mart

15:30 “Keşlə” – “Qəbələ” - 1:1

Qollar: Voislav Stankoviç, 58 (avtoqol) - Baqali Dabo, 31
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“İnter Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə