Rəhman Hacıyev: "Meydana 3 xal üçün çıxacağıq" - VİDEO

"Neftçi” PFK Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ” klubu ilə oyunun hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, komanda bu gün "Bakcell Arena”da məşq keçib. Yarımmüdafiəçi Rəhman Hacıyev Neftçi TV-yə açıqlamasında "Qarabağ”la oyun öncəsi fikirlərini bildirib: "Sabah bizi çox çətin oyun gözləyir. İki oyundur qələbə qazanırıq. Komandada inam və istək var. Hər şey qaydasındadır. Meydana 3 xal üçün çıxacağıq. İnşAllah, qələbə qazanarıq. Komandama inanıram”.

Xatırladaq ki, martın 14-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Qarabağ” oyunu saat 18:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...