“Sauthempton” baş məşqçisi ilə yollarını ayırıb

İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Mauriso Pelleqrino ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı baş məşqçi ötən yay klubun "sükanı arxasına" keçmişdi.

Qeyd edək ki, 30 turdan sonra “Sauthempton” 28 xalla 17-ci pilləni tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə