Qriqorçuk: "Bu məğlubiyyəti gözləmirdim"

"Uduzduğumuza görə təəssüf edirəm. Bu məğlubiyyəti gözləmirdim. Qapımızda sürpriz qol gördük. Bu da məğlubiyyətə səbəb oldu". Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail”in qonağı olan "qırmızı-qaralar" rəqibinə (1:2) məğlub olub. Matçdan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Məğlubiyyətdə komandanın rəqibi dəyərələndirməməsi nə dərəcədə rol oynadı?

- Bu gün pis oynamadıq. Sadəcə, əldə etdiyimiz qol fürsətlərindən yararlana bilmədik. Hətta deyərdim ki, bu oyunda qalib gəldiyimiz bəzi matçlardan daha çox qol imkanı əldə etdik. Deməzdim ki, rəqibi düzgün dəyərləndirmədik. Buna görə, futbolçularımı günahlandıra bilmərəm.

- Bu gün Cavid Hüseynov və Qismət Alıyevin yoxluğu komandanın məğlubiyyətində nə dərəcədə rol oynadı?

- Bunu demək çətindi. Bilmək olmaz onlar olsaydı nəticə necə alınardı. Bunu ancaq həmin oyunçular çıxış etsə bilmək mümkün idi. Həm də o demək deyil ki, kimsə oynamırsa komanda uduzmalıdı.

- Adətən hücumda Monroz-Dabo-Kone "üçlüy"ünə şans verirsiz. Bu dəfə isə fərqli hücum xəttinə üstünlük vermişdiz...

- Deməzdim ki, həmişə belə oynamışıq. Bundan əvvəlki iki görüşdə də Konesiz çıxış etmişdik, ancaq qalib gəlmişdik.

- Sabah “Qarabağ” qalib gəlsə, xal fərqi 9-a çatacaq. Qarşıdakı 11 turda bu fərqi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?

- İndiki məqamda “Qarabağ” “Qəbələ”dən güclüdü. Xal fərqinin heç bir əhəmiyyəti yoxdu. “Qarabağ” çox güclü komandadı. Ancaq biz də təslim olmayacağıq. Sona kimi mübarizə aparacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...