"Real" Levandovskini transfer edəcək?

Polşa mediası Robert Levandovski ilə bağlı yeni iddia ortaya atıb. SİA-nın məlumatına görə, iddia olunur ki, bir neçə gün əvvəl meneceri ilə yollanırı ayıran polşalı ulduz yayda "Bavariya"dan da ayrılmaqla bağlı qərar qəbul edib. Leva bu mövsüm hücum xəttində problemləri olan "Real"a üz tutacaq. "Kral Klubu" onun üçün "Bavariya"ya 150 milyon avro ödəyəcək.

Qeyd edək ki, Levandovski cari mövsümdə meydana çıxdığı 33 rəsmi matçda 29 qol vurub və 4 məhsuldar ötürmə verib. "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...