AL-in 1/8 finalının püşkatma mərasimi keçirilib

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 1/8 finalda qarşılaşacaq cütlüklər müəyyələşib.

Püşkdə ən maraqlı cüt "Milan" - "Arsenal"dır. Uzun ilər Çempionlar Liqasında rəqib olan iki nəhəng klub bu dəfə Avroliqada üz-üzə gələcək.

Avropa Liqası

1/8 final

"Latsio" (İtaliya) - "Dinamo" (Ukrayna)

"Leypsiq" (Almaniya) - "Zenit" (Rusiya)

"Atletiko" (İspaniya) - "Lokomotiv" (Rusiya)

MOİK (Rusiya) - "Lion" (Fransa)

"Marsel" (Fransa) - "Atletik" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Çexiya)

"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)

"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...